“Kuzu Kuzu” restoranında oğurluq Cinayəti aşpaz törədibmiş

13.04.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının məşhur restoranlarından olan “Kuzu Kuzu”da oğurluq hadisəsi olub.

"Cebheinfo.az" xəbər verir ki, restoranda aşpaz işləyən 33 yaşlı Nərminə (ad şərtidir) müştərinin “İphone” markalı telefonunu oğurlayıb.

Xanım müştəri sanitar qovşaqda olan zaman telefonunu salfetka qabının üzərinə qoyub. Nərminə sanitar qovşağa daxil olan zaman telefonu görüb və götürüb. Evə gedərək telefonu dolabında gizlədib. Polis əməkdaşları oğurluq hadisəsi ilə bağlı restoranın işçilərini polis şöbəsinə aparan zaman Nərminə əməlini etiraf edərək telefonu təhvil verib.

Zərərçəkmiş tərəf Nərminəni bağışlayıb.
Məhkəmə Nərminə barəsində 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edib.\Musavat.com

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью