Kvaratsxeliya Barselonaya keçir?

15.11.2024

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Napoli"nin gürcü ulduzu Xviça Kvaratsxeliyanın komandadan gedəcəyi xəbərləri yayılıb.

Milli.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat verib. Futbolçunun karyerasını İspaniyada davam etdirəcəyi iddia olunur.

O, "Barselona"nın "radar"ına düşməyi bacarıb. Katalon klubunun funksionerlərinin futbolçu ilə danışıqlara başladığı bildirilir.

Xatırladaq ki, Xviça Kvaratsxeliya 2022-ci ilin iyulundan Neapol şəhərinin təmsilçisinin şərəfini qoruyur. O, komandası ilə Seriya A-nın qalibi də olub.

Tural
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью