Kvaratsxeliya Mançesterə yollana bilər

05.12.2024

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Napoli”nin aparıcı futbolçusu Xviça Kvaratsxeliya daha bir klubun hədəfinə düşüb.

Onunla “Mançester Yunayted” maraqlanır. “Sport Mediaset”in məlumatına görə, İngiltərə klubu 23 yaşlı gürcüstanlı vingerə 8 milyon avro maaşı nəzərdə tutan 5 illik müqavilə təklif etməyə hazırdı. “Napoli” rəhbərliyi isə Kvaratsxeliyanı komandada saxlamaq istəyir və ona 6 milyon avro maaşla müqavilə təklif edib.
Xviçanın “Napoli” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью