Kvaratsxeliya Napoli ilə vidalaşıb

16.01.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliya A Seriyası təmsilçisi "Napoli"nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya klubla vidalaşıb.

"Report" xəbər verir ki, 23 yaşlı oyunçu sosial şəbəkə hesabında "Təşəkkürlər "Napoli" sözlərini yazıb.

Onun yaxın zamanda Fransanın PSJ kollektivi ilə müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, 2022-ci ildən “Napoli”də çıxış edən X. Kvaratsxeliya bir dəfə İtaliya çempionu olub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью