Kvaratsxeliya PSJ də neçə nömrəli formanı geyinəcək?

16.01.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya artıq bu həftə PSJ-lə müqavilə imzalayacaq. 

QOL.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb. 

Onun transferi bu həftənin cümə günü tibbi müayinədən keçdikdən sonra rəsmən açıqlanacaq. 23 yaşlı vingerin Paris klubunda 7 nömrə forması ilə çıxış edəcəyi bildirilir. Fransa təmsilçisinin sabiq futbolçusu Kilian Mbappenin "Real"a keçidindən sonra həmin nömrə boşdur. Kvaratsxeliya İtaliya klubunda isə 77 nömrə altında çıxış edirdi. 

Qeyd edək ki, daha öncə mətbuatda PSJ-nin Xviça Kvaratsxeliya üçün "Napoli"yə 70 milyon avro ödəyəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Onunla 2029-cu ilə qədər müqavilə imzalancaq. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью