Kvaratsxeliya PSJyə keçir? Detallar bəlli oldu

11.01.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

PSJ heyətini "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya ilə gücləndirir. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Fransa klubu gürcü futbolçu ilə 5 illik müqavilə imzalayacaq. 23 yaşlı vingerin maaşı hazırda aldığından 4-5 dəfə çox olacaq. Növbəti həftə İtalia klubu ilə danışıqların yekunlaşacağı bildirilir. 

Qeyd edək ki, Xviça Kvaratxeliya bu mövsüm "Napoli"nin heyətində 19 oyuna çıxaraq 5 qol vurub və 3 qolun ötürməsini edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью