Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Fransanın PSJ klubunun hücumçusu Xviça Kvaratsxeliya zədə səbəbindən təxminən 20 gün yaşıl meydanlardan kənarda qalacaq.
“Qafqazinfo” “RMC Sport” nəşrinə istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının VIII turunda İngiltərənin “Nyukasl” klubuna qarşı keçirilən oyunda (1:1) topuq nahiyəsindən zədə alıb.
Nəticədə futbolçu 22-ci dəqiqədən sonra qarşılaşmanı davam etdirə bilməyib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində PSJ və “Nyukasl” “Qarabağ”ın potensial rəqibləridir. Ağdam təmsilçisinin 1/8 final mərhələsinə gedən yoldakı rəqibi bu gün müəyyənləşəcək. “Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17-18 və 24-25 fevral taarixlərinda oynanılacaq.