Kvaratsxeliyadan Gürcüstanda baş verənlərə Reaksiya

01.12.2024

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Gürcüstan millisinin və “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya ölkəsindəki kütləvi etirazlara münasibət bildirib.

"Ölkə.az" xəbər verir ki, o, bu sözləri deyib:

“Gürcüstanda baş verən hadisələri diqqətlə izləyirəm və fikrimi, mövqeyimi bildirmək istəyirəm. Gürcü xalqı Avropa yolu ilə getməlidir. Bu, bizim tarixi və yeganə düzgün seçimimizdir. Biz bu yoldan dönə bilmərik. Gürcüstan xalqındır və heç kim xalqın iradəsindən üstün deyil.

Ölkəm və xalqım üçün narahatam. Yayılan videolara baxmaq ağrılıdır. Gürcüstan Avropaya həmişəkindən daha çox layiqdir”.

Xatırladaq ki, noyabrın 28-də Baş naziri İrakli Kobaxidze  ölkə hakimiyyətinin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina etdiyini bəyan edib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью