Kvaratsxeliyanın əvəzinə Fənərbaxça nın futbolçusu

01.02.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Napoli" PSJ-yə satdığı Xviça Kvaratsxeliyanın əvəzinə yeni futbolçu transfer etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Neapol təmsilçisi "Əl-Əhli"nin icarə əsasında "Fənərbaxça"da çıxış edən sol cinah oyunçusu Allan Sen-Maksimi istəyir. 

"Napoli" Sen-Maksimini cari mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir. A seriyası klubu artıq "Əl-Əhli" ilə bu barədə razılığa gəlib. Müqavilənin dəyəri təxminən 4 milyon avro olacaq.

Sen-Maksimin bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью