Kvaratsxeliyanın əvəzinə Reşford

10.01.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Mançester Yunayted" "Napoli"nin hücumçusu Xviça Kvaratsxeliya uğrunda mübarizəyə qoşulub.

QOL.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb.

“Qırmızı şeytanlar” A seriyası klubuna Kvaratsxeliyanı hücumçu Markus Reşfordla dəyişməyi təklif edir.

24 yaşlı gürcü hücumçu ilə daha əvvəl "Liverpul" və PSJ-nin maraqlandığı bildirilirdi.

Qeyd edək ki, Xviça 2022-ci ilin yayından "Napoli"də oynayır. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalına görə, futbolçunun transfer dəyəri 85 milyon avrodur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью