Kvaratsxeliyanın məvacibi 5 dəfə artacaq

12.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İtaliyanın "Napoli" klubunun hücumçusu Xviça Kvaratsxeliya Fransa "Paris Sen-Jermen"i ilə şəxsi müqavilənin bütün şərtlərini razılaşdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, 23 yaşlı yarımmüdafiəçi PSJ ilə 5 illik müqavilə imzalayacaq. Onun maaşı İtaliya klubunda aldığı maaşla müqayisədə 5 dəfə artacaq.

Fransa komandasının nümayəndələrinin gələn həftə "Napoli" rəhbərliyi ilə görüşərək mümkün transferin bütün detallarını müzakirə edəcəyi bildirilir.

Bu mövsüm Kvaratsxeliya klub üçün bütün turnirlərdə 18 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 85 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью