Kvaratsxeliyanın son vəziyyəti açıqlandı

17.09.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Xviça Kvaratsxeliyanın Çempionlar Liqasının “Atalanta” ilə oyununda iştirak edib-etməyəcəyi müəyyənləşib.

“RMC Sport”un məlumatına görə, son müayinələr PSJ-nin gürcüstanlı vingerinin optimal vəziyyətdə olduğunu və Liqa 1-in 4-cü turunun “Lans”la oyununda (2:0) aldığı zədəni sağaltdığını göstərib. 24 yaşlı futbolçu “Atalanta” ilə matçda meydana çıxa biləcək.
Xatırladaq ki, Kvaratsxeliya çempionat oyununun 30-cu dəqiqəsində baldırından zədə almış və əvəzlənmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью