Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Bu fikirlər "The Wall Street Journal"da dərc olunan məqalədəndir.
Mütəxəssislər qeyd ediblər ki, ilk vaxtlarda KXDR hərbçilərini döyüş meydanına artilleriya, dron və ya zirehli texnikanın dəstəyi olmadan böyük qruplar halında buraxırlarmış.
Bu isə onları Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri üçün asan "yem"ə çevirirdi. "Amma hər şey bu ilin qışından sonra dəyişdi.
Fevral ayına qədər onlar böyük qruplarla hərəkət edirdilərsə, indi bu taktikanı kişik dəstələrlə irəliləməklə təkmilləşdiriblər.
Koreyalıların fiziki dözümlülüyü və atəş altında hərəkət etmək istəyi də dəyişib.
Onların taktiki məlumatlılıqları artıb və döyüş davranışları rusların planlaşdırılan bombalarından tutmuş artilleriya və dronlara qədər olan yeni silahlarının dəstəyinə uyğunlaşdırılıb.
İndi Şimali Koreya əsgərləri Rusiya qoşunlarına daha çox inteqrasiya ediblər", - nəşr yazıb.
Qəzetə açıqlama verən 225-ci alayın komandiri, kapitan Oleq Şiryayev də mövcud durumdan gileylənib:"Onlar bu təcrübə toplamaqlarını öz qanları ilə ödəyirlər.