KXDR hərbçiləri Kurskun azad olunmasında iştirak ediblər

03.09.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

"Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbçiləri, dövlət işləri üzrə sədri Kim Çen Inın şəxsi təşəbbüsü ilə, Ukrayna Silahlı Qüvvələrindən Kursk vilayətinin azad olunmasında iştirak ediblər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

O əlavə edib ki, onlar cəsarətlə və qəhrəmancasına döyüşüblər.

“Yaxşı məlum olduğu kimi, sizin təşəbbüsünüzlə xüsusi təyinatlı bölmələriniz, yeni müqaviləmizə tam uyğun şəkildə, Kursk vilayətinin azad olunmasında iştirak ediblər. Qeyd etmək istəyirəm ki, sizin döyüşçüləriniz cəsarətlə və qəhrəmancasına vuruşublar”, – Rusiya lideri vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью