Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət İşləri üzrə Sədri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə Pxenyanın Moskvanı beynəlxalq məsələlərdə, o cümlədən Ukrayna ilə apardığı müharibədə Rusiyanı dəstəkləməyə davam edəcəyini bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
"İyun ayının 4-də Kim Çen In Şoyqunu Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin qərargahında qəbul edib.
Yoldaş Kim Çen In bəyan edib ki, KXDR hökuməti bundan sonra da Rusiya Federasiyasının bütün ciddi beynəlxalq siyasi məsələlərdə, xüsusən də Ukrayna ilə bağlı məsələlərdə mövqeyini və xarici siyasətini qeyd-şərtsiz dəstəkləyəcək", – deyə KCNA xəbər agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, Kim Çen In “Rusiyanın dövlət suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizlik maraqlarını müdafiə etmək üçün apardığı müharibədə” qalib gələcəyinə ümid və əminlik ifadə edib.
O, Rusiya xalqına qələbə, firavanlıq və xoşbəxtlik arzulayıb. Görüşün dostluq və qarşılıqlı etimada əsaslanan şəraitdə keçdiyi bildirilir.
“Tərəflər Ukraynadakı vəziyyəti və beynəlxalq vəziyyəti müzakirə edib, mövqelərinin tam üst-üstə düşdüyünü təsdiqləyiblər.