Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
"Sentyabrın 11 və 12-də Kim Çen In zirehli maşınlar və elektron müharibə sistemləri üçün qoruyucu sistemlər hazırlayan tədqiqat institutlarına baş çəkib. Yoldaş Kim Çen In qeyd edib ki, qarşıdan gələn Partiyanın 9-cu qurultayında müdafiə quruculuğu sahəsində nüvə və adi silahlı qüvvələrin paralel inkişafı siyasətləndirilməsini irəli sürüləcək", - deyə agentlik yazır.
Yoxlamalar zamanı KXDR lideri bu elmi-tədqiqat institutlarında işin nəticələri ilə tanış olub. "Bu gün müxtəlif tank əleyhinə raketlərə qarşı ən son aktiv müdafiə sisteminin kompleks sınağı keçirilib", - deyə agentlik məlumat yayıb.
Radar və raket əleyhinə sistemlər də sınaqdan keçirilib.
Qadir, Bizimyol.info