Kyeza İtaliya nəhənginə keçməyə razılıq verdi SON DURUM

05.01.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

"Liverpul"un hücumçusu Federiko Kyeza karyerasını İtaliyada davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Valentin Feulletti özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, ancaq söhbət "İnter"dən yox, "Napoli" klubundan gedir. Halbuki, bir müddət əvvəl İtaliya mətbuatı onun Milan nəhənginə keçəcəyini iddia etmişdi. 

"Napoli" Kyezanı mövsümün sonuna kimi icarəyə götürməyə çalışır. İtaliya klubu ingilislərlə fəal danışıqlar aparır. Artıq oyunçunun agenti ilə keçidə razılıq verən "Liverpul" rəhbərliyi arasında görüş baş tutub. Kyeza "Napoli"nin baş məşqçisi Antonio Konte ilə də söhbət edib. Neapol klubu hazırda "Liverpul"a təklif göndərmək üçün sənədləri hazırlayır.

Hücumçu 2024-cü ilin yayında "Yuventus"dan 12 milyon avroya İngiltərə klubuna keçib.

Kyeza bu mövsüm "Liverpul"da cəmi 4 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. 

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью