Kyeza müəmması Motta istəmir, De Rossi yaxından izləyir

22.04.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yuventus”un futbolçusu Federiko Kyeza klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, 26 yaşlı italiyalı yeni baş məşqçi Tiaqo Mottanın planlarına daxil deyil. Bu barədə “Sky Sports” məlumat yayıb.

“Roma” oyunçunun durumunu yaxından izləyir. “Canavarlar”ın çalışdırıcısı Daniele De Rossi Kyezanın oyununu bəyənir və onu komandasında görmək istəyir.

Kyezanın “transfermarkt”da dəyəri 44 milyon avrodur. Onun “qoca sinyora” ilə sözləşməsi 2025-ci ilin yayına kimidir.

“Yuventus” baş məşqçiliyə Tiaqo Mottanı gətirəcək. Tərəflər arasında anlaşma əldə edilib və yaxın günlərdə 3 illik müqavilə imzalanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью