Kyeza “Yuventus”a qayıtmaq istəyir 6 milyonluq fədakarlıq

15.01.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Liverpul"un hücumçusu Federiko Kyeza karyerasını yenidən "Yuventus"da davam etdirmək niyyətindədir.

Apasport.az " La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, 28 yaşlı italyan Turin klubu üçün illik 6 milyon avro maaş endiriminə razı olub.

Mənbə bildirir ki, Kyeza “Yuventus”a dönüş variantını ciddi şəkildə nəzərdən keçirir.

Federiko Kyeza 2024-cü ilin yayında “Yuventus”dan “Liverpul”a transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə 21 oyunda meydana çıxaraq 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki,  futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.

Arbeloa: “Peresə izahat verməyə borclu deyiləm” "Zirə"dən ayrıldı, Almaniya klubuna keçdi "Beşiktaş"ın futbolçusu Kolumbiya klubunda "Fənərbaxça"ya növbəti təklif: Əvvəl Premyer Liqa klubu, indi isə İtaliya nəhəngi "Bavariya"da ciddi itki
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью