Kyodo: Tramp inauqurasiyadan əvvəl xarici liderlərlə görüşməyəcək

16.11.2024

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmi səlahiyyətlərinin icrasına başlamazdan əvvəl xarici liderlər və digər ölkələrin yüksək rütbəli nümayəndələri ilə görüşməyəcək.

Adalet.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

Yaponiya hökumətindəki mənbələrin məlumatına görə, Trampın komandası Yaponiya tərəfinə ABŞ-ın yeni seçilmiş prezidentinin rəsmi andiçmə mərasiminə qədər xarici yüksək səviyyəli nümayəndələrlə şəxsi görüşlər keçirməmək qərarına gəldiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью