Kyodo: Tramp inauqurasiyadan əvvəl xarici liderlərlə görüşməyəcək Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

16.11.2024

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmi səlahiyyətlərinin icrasına başlamazdan əvvəl xarici liderlər və digər ölkələrin yüksək rütbəli nümayəndələri ilə görüşməyəcək.

Bu barədə Yaponiyanın "Kyodo” agentliyi məlumat yayıb.

Yaponiya hökumətindəki mənbələrin məlumatına görə, Trampın komandası Yaponiya tərəfinə ABŞ-ın yeni seçilmiş prezidentinin rəsmi andiçmə mərasiminə qədər xarici yüksək səviyyəli nümayəndələrlə şəxsi görüşlər keçirməmək qərarına gəldiyini bildirib.

///report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью