La Liqa: “Atletik” geridönüşlə səfərdə qələbə qazandı

15.02.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İspaniyanın "Atletik" klubu La Liqanın 24-cü turunda səfərdə "Oviedo" üzərində əzmkar qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, görüş 2:1 hesabı ilə Bilbao təmsilçisinin xeyrinə başa çatıb. Ev sahibləri 30-cu dəqiqədə İlya Şayra ilə hesabı açıblar.

Fasilədən sonra "Atletik" oyunun gedişini dəyişməyi bacarıb. 58-ci dəqiqədə Mikel Xaureqisar bərabərlik qolunu vurub. 71-ci dəqiqədə isə Oyan Sanset penaltini dəqiq yerinə yetirərək komandasını önə keçirib.

Bu nəticədən sonra "Atletik" xalını 31-ə çatdıraraq turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb. "Oviedo" isə 16 xalla sonuncu - 20-ci yerdə qalır.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью