Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
İspaniya La Liqasında VI turun təxirə salınmış oyunu keçirilib.
Futbolpress.az xəbər verir ki, “Levante” öz meydanında “Atletik”i (Bilbao) qəbul edib. Valensiya təmsilçisi üstün oyun nümayiş etdirərək rəqibini 3:1 hesabı ilə məğlub edib.
Meydan sahiblərinin heyətində Roxer Bruge iki dəqiqə ərzində dubl edərək matçın gedişatını dəyişib. Qonaqlar Aleks Berengerin penalti qolu ilə fərqi azaltsalar da, Etta Eyonq 90+8-ci dəqiqədə fərqlənərək “Levante”nin inamlı qələbəsini rəsmiləşdirib.
Qeydə alınan nəticə:
İspaniya La Liqası
VI tur
Levante – Atletik (Bilbao) 3:1
Qollar: Roxer Bruge, 20, 22, Etta Eyonq, 90+8 – Aleks Berenger, 67 (pen.)
6 turdan sonra turnir cədvəli aşağıdakı kimidir: