La Liqa: “Atletik”dən dörd cavabsız qol

25.10.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İspaniya La Liqasının 10-cu turunda “Atletik” doğma meydanda “Xetafe”ni 4:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Bilbao şəhərindəki “San Mames” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri ilk hissədə iki dəfə fərqləniblər.

Hesab 17-ci dəqiqədə açılıb. Aleks Berenqer rəqib qapısına yol taparaq “Atletik”i önə çıxarıb. 35-ci dəqiqədə isə İnyaki Uilyams komandasının üstünlüyünü iki topa çatdırıb.

Fasilədən sonra da oyuna nəzarəti əlində saxlayan Bilbao təmsilçisi 70-ci dəqiqədə üçüncü qolu vurub. Bu dəfə Aytor Paredes fərqlənib.

Matçın yekun nəticəsini isə 88-ci dəqiqədə Yuri Berçiçe müəyyənləşdirib - 4:0.

Beləliklə, “Atletik” mövsümdə üçüncü qələbəsini qazanaraq xal ehtiyatını 12-yə yüksəldib və səkkizinci pilləyə yüksəlib. “Xetafe” isə 9 xalla 17-cidir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью