La Liqa: Atletiko autsayderə rəhm etmədi

01.12.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İspaniya La Liqasında 15-ci turun matçları oynanılır.

Oxu.Az xəbər verir ki, Madrid "Atletiko"su bu tur səfərdə "Valyadolid"in qonağı olub.

Paytaxt klubu meydan sahiblərinin qapısından 5 cavabsız top keçirib - 0:5.

Bu nəticədən sonra Simeonenin yetirmələri 32 xalla turnir cədvəlində 2-ci yeri tuturlar. Onlar lider "Barselona"dan cəmi 2 xal geri qalırlar. "Valyadolid" isə 9 xalla sonuncu - 20-ci pillədə yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью