La Liqa: “Atletiko Madrid” səfərdə “Barselona”nı məğlub edib

22.12.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniya La Liqasının 18-ci turunda “Barselona” “Atletiko Madrid”i qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Rikardo De Burqosun idarə etdiyi matç Barselonanın Olimpiya stadionunda baş tutub.

Matçın 30-cu dəqiqəsində Pedri katalonları hesabda irəli çıxarıb. Ev sahiblərinin çoxsaylı cəhdlərinə baxmayaraq, hücumlarını qolla tamamlaya bilməyiblər. Əvəzində 60-cı dəqiqədə “döşəkçilər” tablodakı rəqəmləri bərabərləşdiriblər: argentinalı mərkəz müdafiəçisi Rodriqo de Paul cərimə meydançasının həndəvərindən topu qapıya göndərib. Matçın əsas vaxtına əlavə edilmiş 6-cı dəqiqədə norveçli hücumçu Aleksander Sörlot qonaqların növbəti qolunu vuraraq yekun hesabı müəyyənləşdirib: “Barselona” – 1, “Atletiko Madrid” – 2.

Qeyd edək ki, 18 turdan sonra “Atletiko Madrid” (41 xal) turnir cədvəlinin zirvəsinə yüksəlib. Bir oyun artıq keçirmiş “göy-qırmızılar” isə 38 xalla ikincidirlər. Komandaların ən yaxın təqibçiləri isə əzəli rəqibləri “Real Madrid”dir (17 oyun, 37 xal).

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью