futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniya La Liqasında XI turun növbəti matçları başa çatıb.
Futbolpress.az xəbər verir ki, “Atletiko” (Madrid) səfərdə “Levante”nin qonağı olub. Paytaxt təmsilçisi hər hissədə vurduğu qollarla inamlı qələbə qazanıb – 2:0. Madridlilərin heyətində Alexandro Qrimaldo (və Culiano Simeone fərqləniblər.
“Rayo Valyekano” doğma meydanda “Selta”nı darmadağın edib – 3:0. Xorxe de Frutos dubla imza atıb, Unay Lopes isə matçın son nöqtəsini qoyub. “Real Betis” öz evində ” Malaqa”nı 2:1 hesabı ilə məğlub edib. Qaliblərin qollarını Mark Bartra və Pablo Fornals vurublar.
Turun əvvəlində isə “Espanyol” səfərdə “Vilyarreal”ı Leandro Kabrerenin yeganə qolu ilə üstələyib.
Qeydə alınan nəticələr:
İspaniya La Liqası
XI tur
Vilyarreal – Espanyol 0:1
Qol: Leandro Kabrera, 60
Levante – Atletiko (Madrid) 0:2
Qollar: Alexandro Qrimaldo, 36, Culiano Simeone, 62
Rayo Valyekano – Selta 3:0
Qollar: Xorxe de Frutos, 36, 55, Unay Lopes, 73
Real Betis – Malaqa 2:1
Qollar: Mark Bartra, 38, Pablo Fornals, 45+2 – Adrian Ninyo, 68