La Liqa: “Barselona” 7 qollu oyunda qalib gəldi

18.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

İspaniya La Liqasında IX turun növbəti qarşılaşmaları başa çatıb.

Futbolpress.az xəbər verir ki, günün mərkəzi matçında “Barselona” səfərdə “Real Betis”in qonağı olub. Kataloniya təmsilçisi 7 qolun vurulduğu dramatik qarşılaşmada 5:2 hesablı qələbə qazanaraq 3 xalı aktivinə yazdırıb.

“Atletiko” (Madrid) isə səfərdə “Espanyol” üzərində çətin qələbə qazanıb. Matçın taleyini 89-cu dəqiqədə Aleks Baenanın vurduğu yeganə qol həll edib. “Vilyarreal” – “Elçe” və “Valensiya” – “Atletik” (Bilbao) qarşılaşmalarında isə “quru” sülh qeydə alınıb.

Qeydə alınan nəticələr:

İspaniya La Liqası

IX tur

Espanyol – Atletiko (Madrid) 0:1

Qol: Aleks Baena, 89

Vilyarreal – Elçe 0:0

Real Betis – Barselona 2:5

Qollar: Valentin Qomes, 27, Abdessamad Ezzalzuli, 53 – Lamine Yamal, 10, Rodri, 41, Qabriel Jezus, 51, Erik Qarsiya, 62, Dani Olmo, 81

Valensiya – Atletik (Bilbao) 0:0

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью