La Liqa: Barselona Atletiko matçının taleyi son saniyələrdə həll olundu

22.12.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniya La Liqasında 19-cu turun mərkəzi oyunu baş tutub.

Oxu.Az xəbər verir ki, "Barselona" öz meydanında Madird "Atletiko"sunu qəbul edib.

Meydan sahibləri 30-cu dəqiqədə Pedrinin qolu ilə önə keçiblər. 60-cı dəqiqədə De Paulun dəqiq zərbəsi qonaqlara hesabı bərabərləşdirməyə imkan verib. Matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə (90+6) Serlot fərqlənərək Madrid klubuna vacib 3 xalı qazandırıb - 1:2.

Hazırda "Barsa" 19 oyundan sonra 38 xalla yarış cədvəlində ikinci pillədədir. Ondan bir oyun az keçirən "Atletiko" isə 41 xalla çempionatda liderliyə yüksəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью