La Liqa: Barselona Atletiko nu geridönüşlə məğlub edərək liderliyə yüksəldi

17.03.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniya La Liqasında 28-ci turun mərkəzi görüşü başa çatıb.

Oxu.Az xəbər verir ki, Madriddə yerli "Atletiko" "Barselona"nı qəbul edib.

Katalonlar oyun ərzində 2 top fərqi ilə geridə olsalar da, geridönüş edərək çətin səfər matçında 3 xal qazanmağı bacarıblar - 2:4.

Hazırda rəqiblərinə nisbətən 1 oyun az keçirən "Barsa" turnir cədvəlində 60 xalla 1-ci, "Atletiko" isə 56 xalla 3-cü pillədə yer alır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью