La Liqa: Barselona autsayderə avtoqolla qalib gəldi

13.04.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniya La Liqasının 31-ci turu çərçivəsində "Leqanes" və "Barselona"nın qarşılaşdığı matç başa çatıb.

Oxu.Az xəbər verir ki, kataloniyalılar səfərdə minimal hesablı qələbə qazanıblar - 0:1.

Matçın yeganə qolu 48-ci dəqiqədə vurulub. "Leqanes"in müdafiəçisi Xorxe Saens topu öz qapısına göndərib.

Hazırda "Barselona" İspaniya çempionatının turnir cədvəlində birincidir. Hans-Diter Flikin komandasının 70 xalı var. "Leqanes" isə 28 xalla 19-cu pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью