Icma.az, Qol.az saytına istinadən bildirir.
La Liqa "Barselona"nın futbolçuları Dani Olmo və Pau Viktorun qeydiyyatı ilə razı deyil.
QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Həmçinin oxuyun: "Barselona" futbolçularının qeydiyyatı ilə bağlı yekun qərar"
İspaniyanın Ali İdman Şurası (CSD) sözügedən oyunçuların mövsümün sonuna qədər qeydiyyatdan keçirilməsinə qərar verib. Lakin La Liqa bu qərarla bağlı apelyasiya verib:
"La Liqa qanunvericiliyə, ədalətli rəqabətə və qaydaların obyektiv şəkildə bağlılığını təsdiq edir. Buna görə də La Liqa sözügedən qərarın qanunlu olduğunu hesab etmir və buna şikayət edirik".