La Liqa: Barselona qələbəni əldən verdi

24.11.2024

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniya La Liqasında 14-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, turun ikinci günündə 5 matç baş tutub.

“Atletiko” “Alaves”i, “Valensiya” “Betis”i, “Jirona” “Espanyol”u məğlub yola salıbsa, “Las Palmas” evdə “Malyorka”ya uduzub. “Selta”nın qonağı olan “Barselona” da bu turda xal itkisi ilə üzləşib.

İspaniya La Liqası
14-cü tur
22 noyabr

Xetafe – Valyadolid 2:0
Qollar:
Rodriqes, 70. Nyom, 73.

23 noyabr

Valensiya – Betis 4:2
Qollar:
Tarreqa, 8. Duro, 50; 53. Lopes, 56 – Duro, 14-öz qapısına. Avila, 66.

Atletiko – Alaves 2:1
Qollar:
Qrizmann, 76-pen. Sörlot, 86 – Quridi, 7.

Jirona – Espanyol 4:1
Qollar:
Xil, 4. Miovski, 16; 21. Kreyçi, 27 – Puado, 55.

Las Palmas – Malyorka 2:3
Qollar:
Essuqo, 77. Silva, 83-pen – Rodriqes, 46. Navarro, 56. Moxika, 90+1.

Selta – Barselona 2:2
Qollar:
Qonsales, 84. Alvares, 86 – Rafinya, 15. Levandovski, 61.

24 noyabr

17:00. Osasuna – Vilyarreal
19:15. Sevilya – Rayo Valyekano
21:30. Leqanes – Real Madrid
00:00. Atletik – Real Sosyedad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью