La Liqa: Barselona qələbəni son anda əldən verdi

07.12.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İspaniya La Liqasında 16-cı turun "Real Betis" - "Barselona" qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun Sevilyadakı "Benito Villamarin" stadionunda keçirilib və heç-heçə ilə yekunlaşıb - 2:2.

Matçın gedişində katalonların baş məşqçisi Hans Flik qırmızı vərəqə alıb.

Hazırda "Barsa" 38 xalla yarış cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyicisi Madrid "Real"ının 33 xalı və ehtiyatda 2 oyunu var. "Betis"ə gəlincə klub 21 xalla 11-ci pillədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью