Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
İspaniya La Liqasında XII turun oyunları yekunlaşıb.
Futbolpress.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Atletiko” (Madrid) “Barselona”nı qəbul edib. Gərgin və dramatik keçən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri Culiano Simeonenin qolu ilə hesabı açsalar da, kataloniyalılar Fermin Lopesin dublu sayəsində geridönüş edərək vacib 3 xalı aktivlərinə yazdırıblar.
“Real Betis” səfərdə “Elçe”yə şans verməyib – 2:0. Qonaqların qollarını matçın son dəqiqələrində Rodriqo Rikelme və Mark Bartra vurublar. “Vilyarreal” evdə “Xetafe”ni eyni hesabla məğlub edib – 2:0.
Qeydə alınan nəticələr:
İspaniya La Liqası
XII tur
Elçe – Real Betis 0:2
Qollar: Rodriqo Rikelme, 81, Mark Bartra, 89
Real Sosyedad – Rayo Valyekano 1:0
Selta (Viqo) – Levante 0:0
Vilyarreal – Xetafe 2:0
Qollar: Tacon Bukiçan, 80, Karlos Romero, 90+1
Atletiko (Madrid) – Barselona 1:2
Qollar: Culiano Simeone, 10 – Fermin Lopes, 45, 66