La Liqa: “Barselona” səfərdən bir xalla qayıdır

07.12.2024

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniya La Liqasında XVII turun oyunları keçirilib.

SİA xəbər verir ki, turnir cədvəlinin lideri “Barselona” səfərdə “Real Betis”lə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 38-ə çatdıran Kataloniya klubu liderdir. Meydan sahibləri isə 21 xalla 11-ci pillədə qərarlaşıb. Günün digər oyununda “Las Palmas” “Valyadolid”i 2:1 hesabı ilə məğlub edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью