La Liqa: “Barselona” səfərdən bir xalla qayıdır AZƏRTAC

07.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 dekabr, AZƏRTAC

İspaniya La Liqasında XVII turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri “Barselona” səfərdə “Real Betis”lə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 38-ə çatdıran Kataloniya klubu liderdir. Meydan sahibləri isə 21 xalla 11-ci pillədə qərarlaşıb. Günün digər oyununda “Las Palmas” “Valyadolid”i 2:1 hesabı ilə məğlub edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью