La Liqa: Barselona Valyadolid üzərində çətin qələbə qazandı

04.05.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniya La Liqasının 34-cü turun lider "Barselona" klubu "Valyadolid"in qonağı olib.

Oxu.Az xəbər verir ki, oyun 1:2 hesabı ilə katalonların xeyrinə yekunlaşıb.

Hesabı altıncı dəqiqədə meydan sahibləri açıblar. Qonaqlar yalnız 54-cü dəqiqədə Rafinyanın sayəsində hesabı bərabərləşdirə biliblər. Kataloniyalılar 61-ci dəqiqədə Fermin Lopez Martinin vurduğu qol sayəsində qələbə qazanıblar.

"Barselona" 79 xal toplayaraq çempionluğa doğru daha bir addım atıb. "Valyadolid" 16 xalla sonuncu pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью