La Liqa: “Espanyol” autsayderlə oyunda büdrədi

19.09.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniya La Liqasında VII tura start verilib.

Futbolpress.az xəbər verir ki, turun açılış matçında “Espanyol” öz evində “Elçe”ni qəbul edib.

Gərgin keçən qarşılaşmada qonaqlar 3:1 hesablı qələbə qazanıblar. Matçın 5-ci dəqiqəsində Federiko Redondonun birbaşa qırmızı vərəqə alması ilə 10 nəfər qalan “Elçe” Fernando Ninyonun ardıcıl dublu ilə önə keçib. Səfər komandası ilk mövsüm qələbəsini təmin edərək 3 xalı aktivinə yazdırıb.

Qeydə alınan nəticə:

İspaniya La Liqası

VII tur

Espanyol – Elçe 1:3

Qollar: Viktor Çust, 72 (avtoqol) – Fernando Ninyo, 26, 29, German Valera, 78

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью