La Liqa etiraz edən futbolçuları sərt addımlarla hədələyib

21.10.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

La Liqa rəhbərliyi İspaniya Futbolçular Assosiasiyasına (AFE) məktub göndərərək, çempionatda futbolçuların etirazlarının mümkün nəticələri ilə bağlı xəbərdarlıq edib.

Bu barədə İdman.Biz “AS”a istinadən xəbər verir.

Etirazlar “Vilyarreal” – “Barselona” matçının ABŞ-da keçirilməsinə qarşıdır.

İspan nəşrinin məlumatına görə, həmkarlar ittifaqı nümayəndələri oyunçuların hərəkətinin heç bir qanuni müddəaları pozmadığı üçün xəbərdarlıqdan qorxmadıqlarını iddia edirlər.

Bununla belə, komandaların kapitanları rəsmilərin məktubunu AFE-yə təzyiq kimi qiymətləndiriblər. Bundan əlavə, onlar oyunçuların etirazının televiziya verilişlərində göstərilmədiyi üçün liqanın senzurasından hiddətləniblər.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью