Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
İspaniya La Liqasında I turun növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, tur çərçivəsində daha 2 qarşılaşma baş tutub.
Hər iki görüşdə də heç-heçə qeydə alınıb. “Osasuna” öz meydanında “Levante” ilə oyunda “quru sülh”ə razılaşıb (0:0). “Malaqa” – “Deportivo” matçında isə tərəflər hərəyə 1 qol vuraraq xalları bölüşüblər – 1:1.
Qeydə alınan nəticələr:
İspaniya La Liqası
I tur
24 avqust
Osasuna – Levante 0:0
Malaqa – Deportivo 1:1