La Liqa klubu baş məşqçisini göndərdi

13.09.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

La Liqa klubu baş məşqçisini göndərdi

“Valensiya” baş məşqçi Karlos Korberan və baş direktor Ron Gurli ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə İspaniya klubu məlumat yayıb. Bu qərara komandanın mövsümə uğursuz başlaması səbəb olub. Komandanın müvəqqəti baş məşqçisi vəzifəsinə Oskar Sançes təyin edilib.

Xatırladaq ki, 43 yaşlı Korberan 2024-cü ilin dekabrından “Valensiya”nı çalışdırırdı.

Qeyd edək ki, “Valensiya” La Liqada keçirdiyi 5 oyundan sonra cəmi 1 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komanda bu matçlarda yalnız 1 qol vurub, qapısında 10 top görüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью