La Liqa klubu sabiq “Real”lı ilə anlaşdı

28.07.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Kolumbiyalı futbolçu Xames Rodriqes karyerasını İspaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Rayo Valyekano” ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Rodriqes La Liqa klubu ilə 1+1 illik müqavilə imzalayacaq.

Son ünvanı Braziliyada “San Paulo” olan Xames daha əvvəl “Real”, “Bavariya” kimi klublarda forma geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью