futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qalatasaray” heyətini daha bir futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Jirona”dan Yaser Asprillanı heyətinə qatıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Kolumbiyalı cinah oyunçusu mövsümün sonuna kimi “Qalatasaray”ın formasını geyinəcək.
22 yaşlı futbolçu bu mövsüm “Jirona”da 17 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.