Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Madrid şəhər rəhbərliyi “Rayo Valyekano”nun ev oyunlarını keçirdiyi “Valyekas” stadionunun fəaliyyətini müvəqqəti dayandırıb.
QOL.az bu haqda AS nəşrinə istinadən xəbər verir. Buna səbəb arenada təcili təmir işlərinin aparılmasının zəruri hesab edilməsidir.
Yoxlama zamanı stadionda yanğından mühafizə sistemində, elektrik xətlərində və qəza işıqlandırılmasında ciddi çatışmazlıqlar aşkarlanıb. İlkin məlumata görə, təmir işləri 2-6 ay davam edəcək.
La Liqada yeni mövsüm avqustun 15-də başlayacaq. “Rayo Valyekano”nun ilk ev oyunu isə avqustun 20-nə planlaşdırılıb. Madrid təmsilçisi həmin qarşılaşmanı başqa stadionda keçirəcək.
Qeyd edək ki, “Rayo Valyekano” ötən mövsüm La Liqanı 8-ci pillədə başa vurub və UEFA Konfrans Liqasının finalına yüksələrək klub tarixində ilk avrokubok medalını qazanıb.