La Liqa klubunun yeni baş məşqçisi bilindi

24.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

İspaniyanın "Valensiya" klubunun yeni baş məşqçisinin kim olacağı müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən paylaşım edərək yayıb. 

Mənbənin məlumatına görə, komandaya Karlos Korberan başçılıq edəcək.

O, Ruben Baraxanı əvəzləyəcək. Korberanla müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq. "Vest Bromviç"in çalışdırıcısını almaq üçün Valensiya 3 milyon avro təzminat ödəyəcək. Yeni çalışdırıcı ilə bağlı məlumatın gün ərzində rəsmən təsdiqlənəcəyi bildirilir.

Xatırladaq ki, “Valensiya” 17 matçda 12 xal toplayıb və La Liqanın turnir cədvəlində 19-cu yerdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью