La Liqa: “Kral klubu” derbidən üstün ayrıldı

26.10.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

İspaniya La Liqasında X tura mərkəzi qarşılaşmalarla yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turun əsas hadisəsi Kataloniyada keçirilən “el klasiko” olub. Gərgin mübarizə şəraitində keçən matçda “Real Madrid” səfərdə “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. Qonaqların qələbə qollarını dubla imza atan Kilian Mbappe vurub. Meydan sahiblərinin yeganə qoluna isə Rafinya imza atıb.

“Atletik” (Bilbao) doğma azarkeşləri önündə “Xetafe”yə şans verməyib – 4:0. “Real Sosyeyad” öz meydanında “Levante”ni 2:1 hesabı ilə üstələyib, “Selta” (Viqo) ilə “Real Betis” isə qolsuz bərabərliyə razılaşıblar.

Qeydə alınan nəticələr:

İspaniya La Liqası

X tur

Atletik (Bilbao) – Xetafe 4:0

Qollar: Aleks Berenquer, 17, İnyaki Uilyams, 35, Aytor Paredes, 70, Yuri Berçice, 88

Selta – Real Betis 0:0

Real Sosyeyad – Levante 2:1

Qollar: Orri Oskarsson, 6, Benyat Turrientes, 27 – Naço Peres, 22

Barselona – Real (Madrid) 1:2

Qollar: Rafinya, 61 – Kilian Mbappe, 41, 87

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью