La Liqa: “Levante” gərgin keçən oyunda “Elçe”ni məğlub edib

24.01.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

İspaniya çempionatının 21-ci turunun açılış matçında “Levante” evdə “Elçe”ni 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz-in məlumatına görə, qonaqlar 11-ci dəqiqədə Alvaro Rodrigesin dəqiq zərbəsi ilə hesabı açıblar. Lakin fasilədən sonra “Levante” oyunda dönüş yarada bilib. Əvvəlcə Pablo Martines hesabı bərabərləşdirib, Adrian de la Fuente fərqlənib. Artırılmış vaxtın üçüncü dəqiqəsində Adam Boyar möhtəşəm qayçı zərbəsi ilə hesabı bərabərləşdirib. Lakin 90+6-da Alan Matturronun başla vurduğu qol “Levante”yə 3:2 hesablı qələbə qazandırıb.

Uğura baxmayaraq, “Levante” turnir cədvəlində 19-cu yerdə qalır. “Elçe” məğlubiyyətdən sonra səkkizinci yerdə qərarlaşıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью