La Liqa matçı niyə baş tutmadı?

04.03.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

İspaniya çempionatının 26-cı turunda nəzərdə tutulan oyunlardan biri keçirilməyib.

Martın 3-nə təyin olunan “Vilyarreal” – “Espanyol” matçı təxirə salınıb. Buna əlverişsiz hava şəraiti səbəb olub. Güclü yağışa görə baş tutmayan La Liqa oyununun nə vaxt keçiriləcəyinə hələ qərar verilməyib.
“Vilyarreal” hazırda turnir cədvəlində 25 oyuna 44 xalla 5-ci, “Espanyol” isə 27 xalla 15-ci yeri tutur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью