Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
La Liqa məşqçisi Səudiyyə Ərəbistanına yollanır
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu baş məşqçi vəzifəsinə Marselinyo Qarsiya Toralı gətirməyə yaxındır.
QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb. Bildirilir ki, hazırkı baş məşqçi Mattias Yayssle komandadan ayrılacaq və karyerasını İngiltərədə "Nyukasl"da davam etdirəcək.
Qeyd edək ki, 60 yaşlı Marselinyo ötən mövsüm "Vilyarreal"ı La Liqada 3-cü yerə çıxararaq Çempionlar Liqasına vəsiqə qazandırıb. Mövsümün sonunda isə ispaniyalı mütəxəssis klubdan ayrılıb.